Gəncədə qanunsuz tikili sökülüb – VİDEO

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikili aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.