Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək

Azərbaycanda iyulun 15-dən avqustun 15-də qədər həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək.

Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.