Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR

Nuranə Məcidovanın paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq dağından paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır:

“Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.