Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində partlayış baş verib.

Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə iyulun 8-də saat 16:00-da (Bakı vaxtı ilə eynidir – red.) hərbi hissələrdən birinin poliqonunda məşğələlər zamanı baş verib. Faktla bağlı təhqiqat aparılır.

İlkin məlumatlara görə, hərbçilər minaatan mərmisinin partlaması nəticəsində yaralanıblar.