Aşıq Əhliman insult keçirib

Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.

Bu barədə “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal məlumat verib.

Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib: “Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir”.

Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunmuşdu.