Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

“9 İyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!” – paylaşımda deyilir.