İstanbulda məşhur hotellər söküləcək

İstanbul şəhərinin hakimiyyət orqanları Bosfor boğazı yaxınlığındakı qeyri-qanuni tikililəri sökmək qərarına gəlib.

Median.Az bu barədə “Türkiye” qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, söküləcək tikililər arasında məşhur müəssisələr və otellər də var.

Məlumata görə, bir çox yerdə qeyri-qanuni terraslara da rast gəlinib.

Qanun pozuntusuna yol verən obyektlər arasında Beylan çörəkxanası, Bebek hoteli və Mandarin hoteli də var.