Telli Pənahqızı televiziyaya RƏHBƏR TƏYİN EDİLDİ

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.

Bu vəzifəyə QAİ-nin Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru Telli Pənahqızı gətirilib.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı eyni zamanda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvüdür.