Köməksiz vəziyyətdə qalan yaşlı qadını xilas etdilər – VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər.