Diaspor rəhbərinin müavini: “Şahin Şıxlinski AXTARIŞA VERİLMƏYİB”

Rusiya mediasının yaydığı məlumata görə, Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

Oxu.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Şahin Şıxlinskinin müavini Cəsarət Orucovla əlaqə saxlayıb.

C.Orucov qeyd edib ki, yayılan məlumat yanlışdır:

“Bir nəfər agent qəsdən bu məlumatı yayıb. Axtarışa verilməyib, Şahin Şıxlinski yerindədir”.