Saatlıda çayda boğulan yeniyetmə də futbolçu imiş

Dünən Araz çayının Saatlı rayonundan keçən hissəsində həmin rayon sakini, 2012-ci il təvəllüdlü Kənan Xaqani oğlu Ramazanlı boğularaq vəfat edib.

14 yaşlı yeniyetmə “Araz Saatlı” futbol klubunun üzvü olub.

O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.