Göyçayda 23 yaşlı qadın itkin düşüb

Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub.

Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” zəng mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.