Sobyanin: Moskvaya uçan dörd PUA vurulub

Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Ukraynanın Moskvaya uçan 4 pilotsuz təyyarəsini vurub.

Bu barədə paytaxt meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya uçan düşmənin 3 PUA-nı məhv edib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntılar yerində işləyir”, – mer yazıb.

Daha sonra Moskva meri daha bir pilotsuz təyyarənin vurulması barədə məlumat verib.