Bakıda yeni avtobus parkı tikiləcək – ƏRAZİ məlum oldu

Bakıda yeni avtobus parkı tikiləcək.

Bu barədə “BakuBus” MMC-dən məlumat verilib. Yeni avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində – Albalılıq adlanan ərazidə tikiləcək.

Tikinti işlərinə xərclənəcək maliyyə vəsaitinin həcmi də məlumdur. Məlumata görə, tikinti işlərinə 12.9 milyon manat xərclənəcək.