Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir

Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib.

Bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib.

İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub.

Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma çox aşağı keyfiyyətə malikdir.