Özbəkistanda müğənni əri tərəfindən öldürüldü

Özbəkistanın Səmərqənd vilayətində 35 yaşlı müğənni Zebinoso Nosirova (səhnə təxəllüsü Zeboyi Jahon) əri tərəfindən öldürülüb.

Bu barədə “Milliy” telekanalının “Millar” verilişində məlumat verilib.

Məlumata görə, faciə müğənninin 1992-ci il təvəllüdlü əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib.

Tərəflər arasında mübahisə yaranıb və nəticədə qadın əri tərəfindən boğularaq öldürülüb.

Müğənni 3 uşaq anası olub. Qatil ər saxlanılıb və ona qarşı cinayət işi açılıb.