Gürcüstan qeyri-qanuni mühacirləri deportasiya edib: Aralarında azərbaycanlı da var

Gürcüstanın hüquq-mühafizə orqanları son yeddi ayda 640 əcnəbini ölkədən çıxarıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təkcə iyul ayında 115 nəfər qeyri-qanuni mühacir deportasiya edilib.

Gürcüstandan deportasiya edilənlər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır.