Yevlaxda Kür çayında batan şəxsin meyiti tapıldı

İyulun 20-də Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Onun Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Sənan İlham oğlu Əliyev olduğu müəyyən edilib.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.

Meyit aidiyyəti üzrə təhvil verilib.