Kolumbiyanın sabiq prezidenti 12 il azadlıqdan məhrum edilib

Kolumbiya məhkəməsi ölkənin sabiq prezidenti Alvaro Uribeni 12 il ev dustaqlığına məhkum edib.

Bu barədə “Caracol” xəbər portalı məlumat yayıb.

Kolumbiyanın 2002-2010-cu illərdə prezidenti olan Alvaro Uribe fırıldaqçılıq və rüşvətxorluqda ittiham olunur.

Bundan əlavə A.Uribe 822 min dollar cərimə olunub və səkkiz ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.