İranda şiddətli istilər: Dövlət idarələri bağlandı – Foto

İraqın Şərqi Azərbaycan əyalətində artan temperatur və enerji sərfiyyatını tənzimləmək məqsədilə avqustun 5-də və 6-da dövlət idarələri və təhsil müəssisələri fəaliyyətini dayandıracaq.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən məlumat verib.

Bununla bağlı əyalət rəhbərliyinin yaydığı açıqlamada bildirilib ki, tətil qərarı hava şəraitinin kəskin istiləşməsi və su-elektrik enerjisi istehlakının idarə olunması məqsədilə verilib.