Zaqatalada 69 yaşlı kişi su anbarında boğulub

Zaqatalada 69 yaşlı kişi su anbarında boğulub.

Hadisə rayonun Kəpənəkçi kəndi ərazisində baş verib.

Rayonun Qarıdax kənd sakini, 1956-cı il təvəllüdlü İmran Musa oğlu İsayev Alazan çayının ətrafında salınmış su anbarına düşüb. Onkoloji xəstə olan İ.İsayev su anbarında boğulub.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az