KİV: “Putinlə Tramp avqustun 11-də İtaliyada görüşə bilər”

Rusiya Prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında görüş avqustun 11-də İtaliyanın paytaxtı Romada baş tuta bilər.

Bu barədə “Fox News” məlumat yayıb.

Məlumat üçün əlavə edək ki, sonuncu dəfə iki liderin telefon danışığı iyulun 3-də baş tutmuşdu.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, V.Putin həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib. Tərəflər əsasən Ukraynadakı münaqişəni, həmçinin Suriya, İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.