Ağdaşda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Ağdaşda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xosrov kəndi ərazisində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Saleh Əliağa oğlu Tahirov həyətində iş görərkən elektrik cərəyanı vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.