“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bölgə təmsilçisi “Sumqayıt”dan Sənan Muradlını icarə əsasında heyətinə qatıb.

19 yaşlı müdafiəçi növbəti mövsümü “Şamaxı”da keçirəcək.