Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Rusiya hərbçiləri Donetsk vilayətinin Aleksandroqrad yaşayış məntəqəsini nəzarətə götürüb.