Azərbaycanda qızıl istehsalı 50%-ə yaxın artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862.7 kq qızıl, 2 533.5 kq isə gümüş istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.2%, gümüş istehsalı isə 32.9% artıb.

Qeyd edək ki, 2025-ci il avqust ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 167.5 kq və 577.3 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2 663.5 kq qızıl, 3 184.9 kq isə gümüş istehsal edilib.