Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək (FOTO)

Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində 18-22 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.