Zelenski Vaşinqtonda Kelloqla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Keyt Kelloqla görüşüb.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Görüş Ağ Evin yaxınlığındakı Hay-Adams hotelində keçirilir.

Onlar Zelenskinin Ağ Ev rəhbəri Donald Tramp və avropalı həmkarları ilə görüşündən əvvəl danışıqlar aparıblar.