Tramp bu gün mətbuat qarşısında xüsusi bəyanatla çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 19:00-da – red.) mətbuat qarşısında bəyanatla çıxış edəcək.

Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Hələlik bəyanatın hansı mövzu ilə əlaqədar olacağı açıqlanmır.