Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu

Göyçay Rayon Yeniarx Bələdiyyəsinin sədri Fariz Qasımovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Valyuta.az-ın məlumatına görə, buna səbəb bələdiyyə sədrinin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 2592,46 manat vergi borcunun olmasıdır.

Sözügedən borca görə məhkəməyə müraciət edilib. Məhkəmənin hökmü ilə, 1987-ci il təvəlüdlü bələdiyyə sədrinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.