Tarqovuda məşhur mağazada YANĞIN OLUB – Video

Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.

Bu barədə görüntülər Baku.ws-ə daxil olub.

Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən “Pink” mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.

FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.