Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.