Misirdə qatar qəzası – 3 ölü, 92 yaralı

Misirin şimal-qərbindəki Matruh əyalətində qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb, 92 nəfər yaralanıb.

Regional Səhiyyə İdarəsi hadisədən sonra əyalətdəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edib.

Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.