Türkiyədə ağır yol qəzası: 1 nəfər öldü, 16 nəfər yaralandı

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası olub.

Median.Az “Haber Global”a istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün durumu ağırdır.