Saatlıda ot yükləyərkən yanan 73 yaşlı kişi iki ay sonra öldü

İyulun 2-də Saatlı rayonunda ot yükləyərkən yanıq xəsarətləri alan 73 yaşlı kişi xəstəxanada ölüb.

Hadisə rayonun Qaracalar kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Teyyub Əyyub oğlu Ağayev yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlaması elektrik naqilinə dəyib və alışıb.

Yanıq xəsarətləri alan T.Ağayev Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, avqustun 31-də orada vəfat edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
//oxu.az