Şimali Koreya Ukraynada 2 min əsgərini itirib

Ukrayna ilə döyüşlərdə Rusiya silahlı qüvvələrinin tərəfində iştirak edən 2 minə yaxın şimali koreyalı hərbçi həlak olub.

Bu barədə Şimali Koreyanın Kəşfiyyat İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Pxenyan Rusiyaya Ukrayna ilə müharibədə kömək etmək üçün əlavə 6 minə yaxın əsgər göndərməyi planlaşdırır, təxminən min istehkamçı artıq Rusiyaya gəlib.

Ötən ilin oktyabrından Şimali Koreya Rusiyanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün 13 minə yaxın hərbçi göndərib.