Rusiyada təyyarə qəzası: Ölən var

Rusiyanın Ryazan vilayətinin Zimarovo kəndi yaxınlığında yüngülmühərrikli “X-32 Bekas” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə TASS-a regionun fövqəladə hallar xidmətlərindən məlumat verilib.

“Yüngül mühərrikli “X-32 Bekas” təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, pilot ölüb. Təyyarə yerə çırpıldıqdan sonra yanğın hadisəsi baş verməyib”, – deyə agentliyə bildirilib.