İtaliyalı modelyer Corcio Armani vəfat edib

İtaliyalı modelyer Corcio Armani 91 yaşında vəfat edib.

Bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.

Qeyd edək ki, Corcio Armani öz şirkətini 1975-ci ildə təsis edib və o vaxtdan bəri şirkət İtaliya lüksünün və üslubunun simvollarından birinə çevrilib. Yarım əsr ərzində “Giorgio Armani” brendi zərifliyin təcəssümünə çevrilib.

“Ailəsi və əməkdaşları onun dəyərlərinə hörmət edərək qrupu irəli aparacaqlar”, – şirkətin məlumatında bildirilib.
//report