Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.
Median.Az xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, VAZ-21011 markalı maşınla toqquşub.
Qəza zamanı VAZ-da olan sərnişin – 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü – 1965-ci il təvəllüdlü Filman Xuduyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.//oxu.az
