Tiktokda “Xakker Tamerlan” adı ilə tanınan yayımçı həbs edilib

Tiktokda “Xakker Tamerlan” adı ilə tanınan İsmayıl Babayev həbs edilib.

Median.Az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Müayinə zamanı onda metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarına əsasən İ. Babayev inzibati xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, 15 sutka həbs edilib.

Orxan Rasifoğlu