Nepalda baş verən iğtişaşlar fonunda ölkənin Lalitpur şəhərindəki Nakhu həbsxanasından ən azı 1 500 məhbus qaçıb.
Bu barədə yerli “Khabarhub” nəşri məlumat verib.
“Rastriya Svatantra Partiyasının sədri Rabi Lamiçhane azad edildikdən sonra Lalitpurdakı Nakhu həbsxanasının bütün məhbusları müəssisəni tərk ediblər”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Nepalda iğtişaşlar zamanı həbsxanada ən azı 1 500 nəfər saxlanılırdı. Nəşrin məlumatına görə, polis öz postlarını tərk etdiyi üçün məhbuslar qaçmağa müvəffəq olublar.
“Məhkumların kütləvi şəkildə azadlığa buraxılması ictimai təhlükəsizliyə potensial təhlükə yaratdığı üçün hakimiyyət vəziyyəti izləyir”, – deyə nəşr yazıb.
