İrandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı

Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq vətəndaşı, 2006-cı il təvəllüdlü Gburi Amir Visman saxlanılıb.