Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi – VİDEO

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Median.Az xəbər verir ki, bu barədə görüntülər İqtisadiyyat.az-ın redaksiyasına göndərilib.

Vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, – deyə adını açıqlamaq istəməyən valideyn bildirib.