Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi öldü

Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi ölüb.

“Unikal”ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsi ərazisində baş verib.

1980-ci il təvəllüdlü Z.Hüseynov həyətində işləyən zaman nərdivandan yıxılıb. 45 yaşlı kişi hadisə yerində ölüb. Məlumata görə, Z.Hüseynov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.