Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü

Gəncədə bədbəxt hadisə baş verib.

Oxu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü A.Abbasova velosipeddən yıxılıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.