Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub

Türkiyənin Balıkesir vilayətində meşə yanır.

Edremit rayonunda başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Əraziyə müxtəlif texniki vasitələr, o cümlədən dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. \Report