Kəlbəcərə yarım saata yaxın dolu yağıb

Kəlbəcər rayonuna güclü yağışdan sonra dolu yağıb.

Axşam saatlarında Kəlbəcər rayonunun mərkəzi və ucqar kəndlərinə yağan güclü yağış doluya çevrilib. Dolu təxminən 25-30 dəqiqə davam edib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.
//oxu.az