Rus diplomat Estoniya XİN-ə çağırılıb

Estoniya hava məkanının pozulmasından sonra rus diplomatını çağırıb və rəsmi olaraq Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinə əsasən müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna məlumat yayıb.

O, Rusiya təyyarələrinin hücumunu “görünməmiş hadisə” adlandırıb.