“Nissan”la motosiklet toqquşdu – Yaralanan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Nissan” markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü – 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.