Tovuzda maşın vuraraq piyadanı öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.